İyun 16, 2025-9:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Ağadadaş Ağayevə qarşı xuliqanlıqda təqsirləndirilən mühafizəçinin həbsi tələb olunub

2024:12:16 - 14:51
in HADİSƏ
A A

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda təqsirləndirilən “MedEra” Hospitalın mühafizəçisi Nurəddin Cəlilov barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Report” xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş Ağadadaş Ağayevin nümayəndəsi, vəkil Asim Abbasov vəsatətlə çıxış edərək təqsirləndirilən Nurəddin Cəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edib:

“Nurəddin Cəlilov əvvəllər də məhkumluq həyatı yaşayıb və hazırda məhkumluğu ödənilməyib. İş üzrə olan şahidlərlə eyni müəssisədə çalışır və onlara təsir qüvvəsi var”.

Məhkəmə müşavirəyə gedərək vəsatəti təmin etməyib. İş üzrə məhkəmə baxışı dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, N.Cəlilova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə Ağadadaş Ağayev zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, bu hadisə ilə bağlı Ağadadaş Ağayev barəsində də cinayət işi var. Onun cinayət işi ayrıca icraatda hazırda Binəqədi rayon Məhkəməsində baxılır.

Əvvəlki Yazı

Ryabkov: BRİKS Suriya və baş verənlərə ümumi yanaşmaları müzakirə edəcək

Növbəti Yazı

Sahil Babayev: “Azərbaycanda əmək müqavilələrinin sayı 50 % artıb”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.