Sentyabr 4, 2025-22:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ağcabədidə pambıq yığımına 55 kombayn cəlb olunacaq

2025:09:02 - 18:00
in İQTİSADİYYAT
A A

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə məhsul yığımına hazırlıq görülür.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il rayonda 3163,06 hektarı “Azərpambıq” MMC-nin Ağcabədi filialı, 3840 hektarı “Prime cotton” MMC-nin Ağcabədi filialı, 2500 hektarı “P-Aqro” MMC, 889,01 hektarı “Hüseyn Pambıq İK” MMC, 207,87 hektarı “Prime cotton” MMC-nin Ağdam filialı, 49 hektarı “Azərpambıq” MMC-nin Ağdam filialı, 100 hektarı “Azərşəkər” MMC və 1042,6 hektar “Cotton Trade” MMC ilə müqavilə əsasında olmaqla, ümumilikdə 11 min 791,54 hektar sahədə pambıq becərilib.

Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir. Artıq kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilir, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilir. Pambıq yığımına 55 kombayn, 316 lafet, 189 traktor, 49 çiləyici və 10 yükləyici cəlb ediləcək.

Bundan başqa, məhsul yığımına qədər çatışmayan əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.

Ağcabədi DAİM tərəfindən tədarükçü şirkətlərə pambıq yığımı zamanı pambıqyığan maşınların səmərəli işləməsi üçün dislokasiya qrafikinin tərtib edilməsi, yığılmış pambıq lafetlərdə daşınarkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, pambığın yetişməsi nəzərə alınmaqla defolyasiyaya başlanılması ilə bağlı müraciət ünvanlanıb. Sentyabrın ortalarında pambıq tarlalarında defolyasiya işləri həyata keçiriləcək. Məhsul yığımına isə sentyabrın sonlarında başlanılacaq. Pambıq sahələrində aparılmış müşahidələrin nəticəsi göstərir ki, tarlalarda məhsuldarlıq ötən ilə nisbətən daha yüksək olacaq.

Qeyd edək ki, 2024-cü ildə Ağcabədi rayonunda 13 min 112 hektar sahədə pambıq əkilib, 37 min 277 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,4 sentner olub.

Əvvəlki Yazı

Digahda süni sututarda batan şəxsin meyiti tapılıb

Növbəti Yazı

AB3 İrandan ABŞ-la birbaşa danışıqlar aparmasını tələb edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.