Ağcabədidə saxlanılan şəxsdən polis 10 kiloqram narkotik vasitələr aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumat görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb. Onun idarəsində olan avtombildən götürülən çantaya baxış zamanı 6 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram həşiş aşkarlanıb. V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.