İyun 16, 2025-10:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ağdərədə 154 min hektara yaxın ərazidə çöl-ölçmə işləri həyata keçirilib

2024:11:07 - 11:23
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) bu ilin avqust ayından indiyə qədər işğaldan azad olunmuş Ağdərə rayonu üzrə 153 516 ha ərazidə çöl-ölçmə işləri aparıb.“Report” bu barədə quruma istinadən xəbər verir.Məlumata görə, rayonda aparılan yerquruluşu və torpaq kadastrı işləri çərçivəsində 2024-cü ildə 166 091 ha ərazidə yerquruluşu işləri, 134 704 hektar çöl torpaq tədqiqatı və çöl geobotaniki tədqiqat işlərinin həyata keçirilməsi planlaşdırılır.Bu işlərin həyata keçirilməsi bölgənin malik olduğu torpaq ehtiyatlarının həcminin, məqsədli təyinatına uyğun tərkibinin müəyyən edilməsinə imkan verəcək.Dağıdılmış yaşayış məntəqələrinin, kənd təsərrüfatı, meşə və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatlarını ƏMDX-nın mütəxəssisləri çöl-ölçmə işləri zamanı müasir cihazlarla təyin edir. Ərazidə GPS vasitəsilə çöl-ölçmə işlərini aparmaq üçün fasiləsiz fəaliyyət göstərən AzPOS stansiyalarına istinad olunur.Torpaq kadastrı işləri çərçivəsində torpaq və geobotaniki tədqiqatlar aparılaraq torpaqların bonitrovkası işləri həyata keçirilir. Bu il ərzində Ağdərə rayonu üzrə ümumilikdə, 134 704 ha ərazidə torpaq, geobotaniki və aqrokimyəvi tədqiqatların aparılması nəzərdə tutulub.Cari ilin əvvəlindən başlayaraq bu günə kimi 70 291 ha ərazidə çöl torpaq tədqiqatı, 37 304 ha ərazidə çöl geobotaniki və 27 109 ha ərazidə aqrokimyəvi tədqiqat işləri aparılıb. Torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün ƏMDX-nın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə verilib.Torpaq və geobotaniki tədqiqatların nəticələri torpaqların vahid elektron kadastrı uçotu informasiya sisteminə daxil edilir.İşğaldan azad olunmuş ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı aparılan elektron kadastr uçotu daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılmasına, torpaqlardan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına, torpaq ehtiyatlarının səmərəli idarə edilməsinə imkan verəcək.

Əvvəlki Yazı

Bu il Azərbaycanın pomidor ixracı 5 %-ə yaxın artıb

Növbəti Yazı

Sahibə Qafarova: Ermənistanla sülh gündəliyi Azərbaycanın səyləri ilə addım-addım irəliyə aparılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.