Ağdərə rayonunun Həsənriz kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
“Report”un Qarabağ bürosunun məlumatına görə, kəndə bu gün köçən ailələrə mənzillərin açarlarının təqdim olunması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.
Bununla da Həsənriz kəndinə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatıb.