May 9, 2025-21:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə bağlı son vəziyyət açıqlanıb

2023:10:18 - 16:07
in SOSİAL
A A

Prezident İlham Əliyevin oktyabrın 15-də tikintisi ilə tanış olduğu Ağdam-Füzuli avtomobil yolu birinci texniki dərəcəyə uyğun inşa edilir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin böyük mütəxəssisi Fərid Qədirov bildirib.

Onun sözlərinə görə, Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli yolu Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Onun uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək, yol 4 hərəkət zolaqlı olacaq.

“2021-ci ilin oktyabrında təməli qoyulmuş, inşası sürətlə davam edən Ağdam-Füzuli yol Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biridir. Yolun üzərində 5 ədəd körpü, iki ədəd yolötürücü layihələndirilib. 1 yolötürücü və 2 körpünün tikintisi başa çatdırılıb, hazırda tamamlanma işləri aparılır. Digər körpələrdə də tikinti işləri davam edir. Bununla yanaşı, torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri davam etdirilir. Həmçinin yol boyunca suyun ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidləri tikilir. Yol üzərində layihələndirilən körpülərin tikintisi davam etdirilir və yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyün döşənməsi işləri görülür. Yolun inşası Bərdədən Ağdam və Füzuliyə qədər, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək”, – deyə agentlik rəsmisi qeyd edib.

Əvvəlki Yazı

Səfir: “Fransa elə bilirdi ki, Afrikada etdiklərini Cənubi Qafqazda da təkrarlayacaq”

Növbəti Yazı

Rəşad Məmmədov: “Azərbaycanın Ermənistanın ərazisinə daxil olması ilə bağlı ittihamlar absurdur”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.