İyul 13, 2025-18:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ağdamda İƏT Gənclər Forumu çərçivəsində regional inkişafda gənclərin roluna dair panel keçirilib

2025:07:01 - 12:46
in İQTİSADİYYAT
A A

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “Davamlı və İqlimə Dayanıqlı Gələcəyin qurulması üçün gənclərin rolunun artırılması” mövzusuna həsr olunmuş Gənclər Forumu çərçivəsində “Yüksək səviyyəli perspektivlər: “Regional inkişafda gənclərin rolu” paneli keçirilib.

APA-nın xəbərinə görə, Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin birinci müavini Soiuzbek Nadyrbekov bildirib ki, bu Forumun gənclər arasında həmrəyliyi gücləndirəcəyinə inanır.

İƏT Təhsil İnstitutunun prezidenti Mehmet Akif Kireççi gələcəyin təhsilsiz mümkün olmadığını vurğulayıb: “Ölkələr arasında tələbə mübadiləsi önəmlidir. Məsələn, hazırda Türkiyə və İran arasında bu sahədə addımlar atılır. Azərbaycan və Orta Asiya ölkələri arasında musiqilər oxşardır, bu məsələyə də diqqət yönəldilə bilər”.

Özbəkistanlı fəal Şaxnozakhon Rakhmanova bildirib ki, Azərbaycan COP29-a, indi isə İƏT forumlarına, sammitinə ev sahibliyi edir: “Bu, sülhlə bağlı mühüm mesajdlr”.

İƏT Elm Fondunun prezidenti Sayed Komali Tayabi hesab edir ki, elmə xüsusi diqqət yetirilməlidir, elm varsa, cəmiyyət də inkişaf edir: “Dayanıqlı inkişafın arxasında insan kapitalı dayanır. İƏT regionu, o cümlədən Azərbaycan böyük potensiala malikdir, çünki əhalinin yarıdan çoxu gənclərdir. Bu gənclərin potensialından istifadə edilməlidir. Ona görə də region ölkələrini daha çox innovasiyalara yönəlik siyasət həyata keçirməyə çağırırıq”.
Azərbaycan Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov rəsmi Bakının 14 qlobal, 7 regional təşəbbüslə çıxış etdiyini nəzərə çatdırıb: “COP29 çərçivəsində həyata keçirilən təşəbbüsləri bu sırada xüsusi qeyd etmək istəyirəm. Bakıda qəbul olunmuş Bələdçi Prinsipləri hazırda ölkələr tərəfindən təsdiqlənir. Keçirilən COR-la bağlı koalisiya da formalaşmaqdadır. İqlim maliyyəsi və ticarət investisiyası da COP29 çərçivəsində mühüm nailiyyətdir. İlk dəfə bu iki sahəni bir araya gətirmişdik. Bu, dayanıqlı iqlim baxımından önəmlidir. Bu tədbir – İƏT sammiti tarixi əhəmiyyət daşıyır, ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İƏT həftəsi keçirilir” .

Panel müzakirələrlə davam edib.

Əvvəlki Yazı

Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başlayıb

Növbəti Yazı

Ədalət Həsənov: Qardaşların meyitlərinin Azərbaycandakı ekspertiza rəyi ilə Rusiyanın ekspertiza rəyi uyğun gəlmir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.