May 9, 2025-20:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ağdamda konfrans: Prezident İlham Əliyev sağlam düşüncəli Azərbaycan gəncliyinin hamisidir

2023:10:13 - 16:14
in SİYASƏT
A A

Ağdam rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının təşkilatçılığı ilə “Prezident İlham Əliyev sağlam düşüncəli Azərbaycan gəncliyinin hamisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyevin, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılovun, partiya fəallarının və veteranların, ziyalıların, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət edilib, önünə tər gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP veteranı Rafiq Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov, Ağdam rayonu üzrə Gənclər və idman sektorunun müdir əvəzi Anar Əsgərov və başqaları Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan geniş bəhs ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dönəmində gənclərə diqqət və qayğı yüksək səviyyədə olub. Azərbaycan gəncliyi hər zaman ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilib, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayıb. Gənclərimiz bütün dövrlərdə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə gediblər. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də mühüm addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilən gənclər siyasəti Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da inkişaf edib. Gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyənləşdirildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Məhz bu gənclik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli və əbədi torpaqlarımızı düşməndən azad edib. Vətən müharibəsində Azərbaycan gəncliyi öz üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəlib.

Əvvəlki Yazı

Milli Məclisin deputatları İtaliyaya gedəcəklər

Növbəti Yazı

Naxçıvanda problemli kreditlərin sayı 2,1 faizə qədər düşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.