İyun 15, 2025-15:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ağdamdakı dam örtükləri istehsalı zavodunun məhsulları Qarabağın yenidən qurulmasında istifadə olunur

2025:01:10 - 11:04
in İQTİSADİYYAT
A A

Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı zavodunun məhsulları işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında istifadə olunur. Ağdam rayonunun Xıdırlı kəndinin tikintisi üçün 2500 kvadratmetr, Sənaye Parkındakı qazobeton blok istehsalı zavodunun inşası üçün isə 850 kvadratmetr dam örtüyü verilib.

Bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində MMC-nin direktoru Arif Ataşov deyib.

O bildirib ki, dam örtükləri istehsalı zavodu ildə 1,4 milyon kvadratmetr profilli təbəqələr, 1 milyon kvadratmetr metalkirəmit lövhələr, 1 milyon kvadratmetr sendviç panellər, habelə 2 min ton dam aksesuarı istehsalı gücünə malikdir. Müəssisədə məhsul buraxılışı İtaliya, Finlandiya, Türkiyə, Rusiya və Çin istehsalı olan soyuq metalşəkilləmə texnologiyalarının tətbiqi ilə həyata keçirilir. Hazırda zavodda 15 nəfər işlə təmin olunub. İlin ikinci yarısında yeni istehsal xətti qurulandan sonra işçilərin sayı 45 nəfərə çatdırılacaq. İşə qəbul zamanı yerli sakinlərə üstünlük verilir.

Qeyd edək ki, MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Əvvəlki Yazı

Politico: Qrenlandiyanın alınması Tramp üçün pis sövdələşmə olardı

Növbəti Yazı

Myanma Hərbi Hava Qüvvələrinin Arakanda endirdiyi zərbə nəticəsində 40 nəfər ölüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.