Martın 16-da saat 22 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində 2 “Ford” və 1 “Mercedes” markalı yük avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində 3 nəfər – Əliyev Rəşad Ədalət oğlu, Ağammədov Yasin Sədiyar oğlu və Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən ölüblər.
Araşdırma aparılır.