Bu ilin ilk rübündə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2480 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, texnikalar arasında 10 taxılyığan kombayn, 613 traktor, 1857 digər texnika və avadanlıqlar yer alır.
Qeyd edək ki, kənd təsərrüfatı texnikasının satışı dövlət tərəfindən subsidiyalaşdırılır.
Fermerlər gömrük dəyərinin 20 faizi həcmində ilkin ödəniş etməklə kənd təsərrüfatı texnikası və avadanlıqlarına sahib ola bilər. Texnikanın dəyərinin qalan 40 faizi AKİA tərəfindən ödənilir, digər 40 faiz isə banklar tərəfindən 60 ay müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə AKİA ödəyir.