“Bütün məktəblərdə təhlükəsizlik kameralarının olması arzuolunandır”.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib. “Məktəblinin dostu” layihəsi çərçivəsində 200-ə yaxın məktəb təhlükəsizlik kameraları ilə təmin olunub. Yaxın gələcəkdə Gəncə və Lənkəran şəhərləri də layihəyə qoşulacaq”, – deyə Eşqi Bağırov qeyd edib.