Pedaqoji kadr ehtiyatı olduğu təqdirdə Qarabağ məktəblərində rus bölməsi yaradıla bilər.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov martın 6-da keçirilən brifinqdə deyib.
Agentliyin direktoru bildirib ki, hazırda ölkədə rus bölməsində çalışacaq kadr ehtiyatında problem yaşanır: “İşğaldan azad olunmuş ərazilərdəki məktəblərdə bütün infrastruktur qurulub, amma kadr ehtiyatımız yoxdur. Bu məktəblərdə rus bölməsinin yaradılması üçün agentliyə müraciət daxil olmayıb”.