Avqust 22, 2025-12:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Ağstafa-Qazax bölgəsinin arxeoloji irsi yeni tədqiqatlar işığında” mövzusunda elmi-praktiki seminar keçirilib

2025:07:03 - 11:20
in SOSİAL
A A

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən Qazax Müəllimlər Seminariyasının ADA Universitetinin Qazax Mərkəzində “Ağstafa-Qazax bölgəsinin arxeoloji irsi yeni tədqiqatlar işığında” mövzusunda elmi-praktiki seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, əvvəlcə çap məhsullarından və arxeoloji tapıntılardan ibarət sərgi, həmçinin bərpa guşəsi ilə tanışlıq olub.

“Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi-5” layihəsi çərçivəsində keçirilən seminarda layihənin nəticələri elmi ictimaiyyətə təqdim olunub, aparılmış tədqiqatların arxeoloji əhəmiyyəti dəyərləndirilib, iştirakçıların əldə etdikləri praktiki və nəzəri biliklər bölüşülüb, eyni zamanda, gələcək tədqiqat istiqamətləri və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Elmi-praktiki seminarın rəsmi hissəsinin sonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu tərəfindən keçirilən Ağstafa rayon ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Keşikçidağda tarixin izləri” adlı esse müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Seminar başa çatdıqdan sonra qonaqların iştirakı ilə “Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay məktəbi-5” adlı layihənin həyata keçirildiyi “Yovşanlıdərə” kurqanlarına elmi tur təşkil olunub. Ekspedisiyanın rəhbəri tərəfindən arxeoloji qazıntıların aparıldığı ərazi və burada aşkarlanmış zəngin artefaktlar haqqında geniş məlumat verilib.

 

Əvvəlki Yazı

Sabunçuda narkotik əməliyyatı: 5 nəfər saxlanıldı

Növbəti Yazı

Qədim Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalına hazırlaşır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.