Ağstafa rayonunda Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb. Faciə qurbanlarının, o cümlədən Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.