Avqust 25, 2025-2:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Ağsuda Beynəlxalq Folklor Festivalı keçirilib

2024:06:03 - 14:01
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin dəstəyi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Tərəkəmə Çərşənbəsi – V Beynəlxalq folklor festivalının keçirilməsi” layihəsi çərçivəsində Ağsu rayonu Gəgəli kəndindəki “Tərəkəmə yurdu” folklor turizmi məkanında ikigünlük beynəlxalq festival keçirilib.

AZƏRTAC xəbər verir ki, festivala Bakı, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən folklor kollektivləri, yerli və xarici qonaqlar qatılıb.

Festivalı “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıq elan etdikdən sonra şəhidlərin əziz xatirəsi yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İctimai Birliyin İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Şikar Qasımov, Dövlət Turizm Agentliyinin İsmayıllı Regional Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Ağsu Rayon İcra Hakimiyyətinin şöbə müdiri Kənan Tacızadə, Ağsu Rayonu Gəgəli bələdiyyəsinin sədri Ülvi İsmayılzadə, Türkiyənin Qars bölgəsi tərəkəmələri adından Çətin Adıgözəl, İtaliyadan professor Luici Skrinzi, Gürcüstanın Borçalı tərəkəmələri adından professor Vüqar Əliyev çıxış ediblər.

Bədii hissədə Ağdamın “Nənə qızlar” ansamblının kollektivinin, Ağsudan Aşıq Amil Bicolunun çıxışı maraqla qarşılanıb. Sonra Bakı şəhəri İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” xalq folklor ansamblı, Qəbələnin “Gülüstan” folklor kollektivi, Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin “Veteranlar” xalq xoru çıxış ediblər. Qars bölgəsində Azərbaycan musiqilərinin mahir ifaçısı Çətin Adıgözəlin mahnıları festivala əlavə rəng qatıb.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi-mədəni irs şöbəsinin Qeyri-maddi-mədəni irs sektorunun müdiri və digər qonaqlar sərgi-yarmarka ilə tanış olublar.

Bədii hissə digər çıxışlarla davam edib.

Bir qrup iştirakçı Tərəkəmə marafonuna qatılıblar. Marafon iştirakçıları sertifikatla mükafatlandırılıblar.

Festival iştirakçıları ikinci gündə də müxtəlif çıxışlar izləyiblər.

“Çardaq” art platforması üzvləri festivalda əsərlərini nümayiş etdirməklə yanaşı, kənd sakinləri və qonaqlar üçün ustad dərsləri keçiriblər. Sərgi-yarmarkaya Bakı, Gəncə, Qəbələ, Ağdam, Bərdə, Füzuli, Ağdaş, Lahıc, Basqal, Gəgəli, Bico və digər yerlərdən gələn sənətkarlar qoşulublar. Tərəkəmə alaçığında milli geyimlər nümayiş olunub. Alpaqut Federasiyasının oxatma ustaları oxatma məşqləri keçiblər.

Festivalı Türkiyə, İtaliya, Gürcüstan, Estoniya, İsrail, Əlcəzair və digər ölkələrdən nümayəndələr izləyiblər.

Qonaqlar festivalın sonunda Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunu və rayonun digər tarixi abidələrini ziyarət ediblər.

Əvvəlki Yazı

İspaniya Rusiya Federasiyasına çata bilən silahları Kiyevə ötürmədiyini bəyan edib

Növbəti Yazı

Xaricdəki Azərbaycan vətəndaşlarının nikahla əlaqədar tibbi müayinədən keçmələrinə görə yeni qayda müəyyənləşir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.