Avqust 23, 2025-4:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AHİK-nin Əmək və Sosial Münasibətlər Akademiyasında təlim mərkəzi fəaliyyətə başlayıb

2025:04:09 - 15:50
in SOSİAL
A A

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) İxtisasartırma və Kadrların İnkişafı Mərkəzinin açılışı olub.

Bununla əlaqədar keçirilən tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev Mərkəzin həmkarlar ittifaqları üzvlərinin bilik və bacarıqlarının artırılması, keyfiyyətli təlim xidmətlərinin həyata keçirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı məqsədilə yaradıldığını bildirib, Mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

AHİK-in Aparat rəhbəri Həsən Cəfərov isə Mərkəzin müasir tələblərə cavab verdiyini, səmərəli fəaliyyətinin kadrların ixtisas və hazırlıq səviyyəsinin artırılmasında, yeni layihələrin hazırlanmasında əhəmiyyətini vurğulayıb, Mərkəzin işinə uğurlar arzulayıb.

AƏSMA-nın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova, Sosial iş fakültəsinin dekanı Nurəngiz Mikayılova, Həmkarlar ittifaqları kadr və fəalların ixtisasartırma və yenidən hazırlanması şöbəsinin müdiri Səadət Əliyeva çıxış edərək İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində əmək hüquqları, əməyin təhlükəsizliyi, yeni iş metodları kimi aktual mövzularda təlimlərin təşkil olunacağını bildiriblər.

Qeyd olunub ki, Mərkəzdə AHİK-nin üzv təşkilatlarının, eləcə də dövlət qurumlarının, özəl sektorun sifarişi əsasında peşəkar təlimlərin keçirilməsi, ixtisasartırma kurslarının təşkili nəzərdə tutulur.

Təlimlərin interaktiv, real iş keysləri, praktiki tapşırıqlar formatlarında aparılması, təlimçi olaraq müxtəlif sahələr üzrə təcrübəli mütəxəssislərin, beynəlxalq akkreditasiyalı ekspertlərin və mentorların cəlb edilməsi planlaşdırılır.

Əvvəlki Yazı

Azərbaycan Moldova ilə aqrar məhsulların emalında əməkdaşlığı müzakirə edib

Növbəti Yazı

Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcəklər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.