Avropa İttifaqı 2023-cü ildə sursat istehsalını 30% artırıb və ildə 1 milyon mərmi istehsal etməyə yaxındır, lakin bu, Ukraynaya belə bir həcmdə tədarükün təmin edilməsinə zəmanət vermir. Bunu daxili bazar üzrə Avropa komissarı Tyeri Breton Aİ müdafiə nazirlərinin görüşünə gələrkən deyib.
“2023-cü ilin fevralından biz döyüş sursatı istehsalını əhəmiyyətli dərəcədə artırmışıq – 30%, beləliklə, ildə 1 milyon mərmi istehsal etmək məqsədimizə nail olacağıq” deyib. Eyni zamanda, Breton Ukraynaya bir il ərzində 1 milyon mərmi tədarük etmək vədini yerinə yetirmək üçün məsuliyyəti ayrı-ayrı Aİ ölkələrinin üzərinə qoyub. “Avropa Komissiyası hərbi istehsal imkanlarının artırılmasını təmin edib, indi üzv ölkələrin vəzifəsi onları Ukraynaya tədarükə yönəltməkdir”, – Breton bildirib. (Tass)