Aİ “Azadlıq” radiosunu maliyyələşdirəcək və onun “Aİ-yə qonşu regionlarda”, Qafqaz və Mərkəzi Asiyada yayımını dəstəkləmək üçün büdcəsindən 5,5 milyon avro ayıracaq. Bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Nazirlər “Azadlıq” radiosunun maliyyələşdirilməsi üçün 5,5 milyon avro ayırmağa razılaşıblar”, – o deyib.
Onun sözlərinə görə, Aİ “Azadlıq” radiosunun [Aİ-nin] qonşu ölkələrində, həmçinin Şimali Qafqaz və Mərkəzi Asiyada fəaliyyətini davam etdirməsini təmin etmək məqsədi daşıyır”.
“Bu, qısamüddətli maliyyələşdirmədir, indi Aİ ölkələri uzunmüddətli maliyyələşdirmə ilə bağlı öz aralarında razılıq tapmalıdırlar”, – Kallas əlavə edib. (Tass)