Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bu il keçirəcəkləri son iclasda ölkədəki vəziyyətlə bağlı Gürcüstana qarşı yeni tədbirləri nəzərdən keçirəcəklər. Bu barədə Aİ-nin xarici siyasət xidmətinin bəyanatında deyilir.
“Sizə xatırladırıq ki, məhz “Gürcü arzusu”nun (Gürcüstanın hakim partiyası ) hərəkətləri Aİ-yə üzvlük prosesinin virtual dayandırılmasına səbəb olub İkitərəfli münasibətlərimiz üçün Aİ dekabrın 16-da keçiriləcək Xarici Əlaqələr Şurasında əlavə tədbirləri nəzərdən keçirəcək”.
Aİ “Gürcü Arzusu”nu vəziyyəti deeskalasiya etməyə və gürcü xalqına baha başa gələn bu vəziyyətə son qoymağa çağırır”.“Zorakılıq etirazçıların Gürcüstanın demokratik və Avropa gələcəyi ilə bağlı tələblərinə cavab deyil. Aİ gürcü xalqı, onun demokratik və Avropa istəkləri ilə həmrəydir”, – deyə Aİ yekunlaşdırıb. (Tass)