Avropa İttifaqı noyabrın 25-dən dekabrın 10-dək Almaniyada sürətli yerləşdirmə qüvvələrinin ikinci səhra təlimini keçirəcək.
“Onlarda Aİ-nin 15 ölkəsindən 1700 nəfər iştirak edəcək”, – məlumatda deyilir.
Təlimin məqsədi hərbi əməliyyatların planlaşdırılması və aparılması zamanı Aİ-nin müxtəlif dövlətlərindən olan bölmələrin uyğunluğunu yoxlamaqdır.
Təlim üç komanda-idarə mərhələsini – strateji, taktiki və əməliyyat səviyyələrini, o cümlədən dağ, piyada və tibb bölmələrinin, eləcə də dəstək qüvvələrinin iştirakı ilə birləşmiş döyüş qrupunun səhra manevrlərini əhatə edəcək. (Tass)