Avropa Komissiyası Kiyevə nadir torpaq ehtiyatları ilə bağlı yeni saziş təklif etmir; bu, 2021-ci il üçün anlaşma memorandumudur. Bunu fevralın 24-də Kiyevə səfərinin yekunlarını şərh edən Avropa Komissiyasının rəhbərinin müavini Stefan Sejourne Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
“İcazə verin, aydınlaşdırım. Bizim Ukrayna ilə artıq münaqişədən əvvəl bağlanmış müqaviləmiz var – bu, 2021-ci il üçün Anlaşma Memorandumudur”, – Sejourne deyib: “Yeni sənəd yoxdur”. O, bu memorandumun guya artıq “qarşılıqlı faydalı” olduğunu vurğulayıb.
“Kiyevdə mən bu sənədin həyata keçirilməsinin zəruriliyini vurğuladım. Buraya bir sıra layihələr, o cümlədən qrafit hasilatı daxildir. Biz gözləyirik ki, bu, 2030-cu ilin sonuna qədər Aİ-nin ehtiyaclarının 10%-ə qədərini ödəməyə imkan verəcək”, – AK rəhbərinin müavini bildirib. (Tass)