Avropa İttifaqı süni intellekt (AI) texnologiyasının inkişafına investisiya cəlb etmək üçün texnologiya sektorunda tənzimləmələrin sayını azaldır. Bunu “Financial Times” qəzetinə müsahibəsində Avropa Komissiyasının Texnoloji Suverenlik, Təhlükəsizlik və Demokratiya üzrə vitse-prezidenti Henna Virkkunen deyib.
Onun sözlərinə görə, bu yanaşma Amerikanın böyük texnologiya şirkətlərinin və ABŞ prezidenti Donald Trampın administrasiyasının təzyiqi ilə bağlı deyil. Tədbirlər süni intellektə investisiyaların stimullaşdırılmasına yönəlib, çünki icma rəqabət qabiliyyətini artırmağa və texnologiyadan yararlanmaq üçün imkanlardan istifadə etməyə çalışır.
Brüssel “Avropa şirkətləri üçün daha çox hesabat öhdəliyi yaratmamağı, bürokratiyanı azaltmağı” hədəfləyir”, – deyə Virkkunen bildirib. “Biz biznes üçün açığıq, lakin biz həm də öz dəyərlərimizi və həyat tərzimizi qoruduğumuzdan əmin olmaq istəyirik.” “Rəqəmsal dünyamız qaydaların olmadığı vəhşi Qərb ola bilməz”, – Avropa komissarı əlavə edib.
Avropa Komissiyası (AK) əvvəllər Aİ-də süni intellektə investisiya üçün 200 milyard avro cəlb etmək üçün InvestAI təşəbbüsünü irəli sürmüşdü. AK prezidenti Ursula fon der Leyenin bəyanatına görə, bu vəsaitlər Aİ-də ən mürəkkəb, çox böyük süni intellekt modellərinin hazırlanmasında ixtisaslaşacaq dörd süni intellekt gigafabrikasının yaradılmasına sərf olunacaq. (Tass)