Ukraynanın dəvəti ilə Lvovda toplaşan 27 Aİ ölkəsindən 20-nin lideri Avropa Şurasının nəzdində onların planına əsasən “Rusiya rəhbərliyini mühakimə edəcək” xüsusi tribunalın yaradılmasının tərəfdarı olduqlarını bildiriblər. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentlik iddia edir ki, Avropa Şurası üzvlərindən ümumilikdə “37 dövlət” bu qurumun yaradılmasını dəstəkləyir.
Öz növbəsində Lüksemburqun xarici işlər naziri Xavier Bettel Lvovda jurnalistlərə bu strukturun Lüksemburqda görüşəcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiqa gələn həftə orada öz ittihamlarını səsləndirəcək. (Tass )