Aİ-nin aparıcı ölkələri, Avropa Komissiyası və Böyük Britaniya Londonda keçirilən iclasda Ukraynada “30 günlük atəşkəs rejimini dəstəklədiklərini” bəyan ediblər və eyni zamanda Rusiyaya təzyiqi artıracaqlarını və Kiyevə silah tədarükünü artıracaqlarını vəd ediblər. Bu barədə Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və Böyük Britaniya Xarici İşlər nazirliklərinin rəhbərləri, eləcə də Aİ diplomatiyasının rəhbəri Londonda məsləhətləşmələrin yekunlarına dair bəyanatında bildirilib.
Bəyanatda Rusiyanın 30 günlük atəşkəslə “dərhal razılaşmalı” olduğu iddiası yer alır. Sənəddə vurğulanır ki, onu imzalayanlar “ədalətli, hərtərəfli və davamlı sülhə dair danışıqlara yer yaratmaq üçün 30 gün ərzində heç bir şərt olmadan atəşkəs çağırışına qoşulurlar”.
Eyni zamanda, görüş iştirakçıları Rusiyaya “maksimum təzyiq” göstərmək, eləcə də Rusiyanın atəşkəs bağlamağa razı olub-olmamasından asılı olmayaraq Ukraynanın total hərbiləşdirilməsi üçün hər cür səy göstərmək niyyətlərini bəyan edirlər. (Tass)