Avropa İttifaqının xarici işlər nazirləri Rusiyanı təzyiq və sanksiyalarla hədələyərək “Ukraynada qeyd-şərtsiz atəşkəs əldə etməyə” davam etmək qərarına gəliblər. Bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Yeganə həll yolu qeyd-şərtsiz atəşkəsdir” deyən o, Rusiyanın razılığını əldə etmək üçün guya Aİ-nin “Rusiyaya təzyiqi davam etdirmək, 18-ci sanksiyalar paketinin hazırlanmasını müzakirə etmək” niyyətində olduğunu vurğulayıb. (Tass)