Avropa İttifaqı xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək iclasında ölkə hakimiyyətinin Fələstin dövlətinin yaradılmasına qarşı çıxacağı təqdirdə İsrail üçün nəticələri müəyyən edəcək. Bu barədə bazar günü “Financial Times” Aİ-nin xarici siyasət xidmətinin sərəncamında olan sənədə istinadən məlumat yayıb.
Buna görə, Brüssel birliyə üzv ölkələri hazırlanmış sülh planında “iştirak və ya iştirak etməməyin gətirəcəyi nəticələri göstərməyə” dəvət edib.
Planın özündə müstəqil Fələstin dövlətinin yaradılması və iki ölkənin qarşılıqlı tanınması daxildir.
Qəzetin sitat gətirdiyi avropalı rəsmilərin sözlərinə görə, “İsrail üçün həvəsləndiricilər var”. Və əgər ölkənin hazırkı Baş naziri Benyamin Netanyahuya “nəsə tətbiq etmək çətindir”sə, onun səlahiyyət müddəti “əbədi davam etməyəcək”. (Tass)