Avropa Şurasının rəhbəri Çarlz Mişel brifinqdə bildirib ki, Avropa İttifaqının liderləri AK-yə və Avropa diplomatiyasının rəhbəri Xosep Borrelə Rusiyanın dondurulmuş aktivlərindən sərfəli istifadəyə dair təkliflərin hazırlanmasını başa çatdırmağı tapşırıblar. Onun sözlərinə görə, Aİ bu məsələdə “qətiyyətli addım” atmaq istəyir. Mişelin çıxışı təşkilatın YouTube kanalında yayımlanıb.
Rusiya Federasiyasının dondurulmuş aktivləri ilə bağlı məsələ növbəti dəfə gündəmə gətirildi… Avropa Şurası üzvlərinin əksəriyyətinin şərik olduğu bir istək var ki, irəliyə doğru qəti addım atsın. Siyasətçi biıdirib ki, Avropa Komissiyası və Ali Nümayəndədən bu vəsaitlərin bir hissəsinin – ehtimal ki, gəlirin – Ukraynaya maliyyə dəstəyi üçün istifadə edilməsinə imkan yaratmaq üçün operativ təkliflər hazırlamaq istənilib.
Daha əvvəl Rusiya Federasiyası Mərkəzi Bankının keçmiş sədri Sergey Dubinin xatırladıb ki, Rusiya aktiviləri bütün qlobal maliyyə sistemində özəl və dövlət qurumları tərəfindən yerləşdirilib, bəziləri isə həbs edilib. Onun sözlərinə görə, Qərbin bu vəsaitlərdən, o cümlədən Ukraynaya yardım üçün istifadə etmək üçün heç bir hüquqi əsası yoxdur. Bununla yanaşı, ekspert qeyd edib ki, dondurulmuş pulların hansı vəziyyətdə sahiblərinə, o cümlədən özəl firmalara və Rusiya dövlətinə, yəni hökumətə və Mərkəzi Banka qaytarıla biləcəyi aydın deyil. (Nevs.ru)