Avropa İttifaqı Şimali Koreyanı qanunsuz adlandıraraq, bütün raket buraxılışlarını dayandırmağa çağırıb.
Aİ diplomatik xidmətinin bəyanatında deyilir: “Avropa İttifaqı dünən KXDR-in bir neçə ballistik raket buraxmasını pisləyir. O əlavə edib ki, Aİ “KXDR-i Brüsselin “qanunsuz və gərginləşdirici” hesab etdiyi və “Koreya yarımadasında gərginliyi artıran” bu hərəkətləri dayandırmağa çağırır.
Daha əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Şimali Koreyanın raket buraxılışları müdafiə qabiliyyətini təmin etmək üçün qanuni tədbirdir, bu, ABŞ-ın təxribat fəaliyyətinə reaksiyadır;
Noyabrın 5-də Yaponiyanın müdafiə naziri Gen Nakatani bildirib ki, KXDR səhər saatlarında yeddi qısa mənzilli ballistik raket buraxıb. Onun sözlərinə görə, bu raketlər “100 km uçuş hündürlüyündə 400 km uçub”. Onlar Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda dənizə düşüblər. (Tass)