Almaniya, Fransa, Böyük Britaniya və İtaliyanın xarici işlər nazirləri ABŞ prezidenti Donald Trampın təkliflərinə alternativ olaraq Qəzza zolağında münaqişənin həlli planını təcili olaraq hazırlayırlar. Bu barədə Financial Times (FT) məlumat yayıb.
Nəşrin yazdığına görə, Aİ ölkələri ərəb müttəfiqləri ilə təcili olaraq Qəzzanın “fələstinlilərin anklavdan çıxarılması və ABŞ-ın nəzarətinə verilməsi təkliflərinə alternativ olaraq” Ağ Evə təqdim edilməsi planını hazırlamaq üçün işləyir.
“Fələstinlilər və ərəblər Qəzzanın ABŞ və İsrail tərəfindən deyil, onlar tərəfindən necə idarə olunacağına dair orta nöqtəni tapmalıdırlar”, – FT avropa rəsmisindən sitat gətirir. “Bu boşluğu doldurmaq lazımdır və avropalılar ərəblərlə həm maliyyələşmə, həm də planların təqdim edilməsi üzərində işləyəcəklər. Hazırda bunun üzərində işləyirlər”- mənbə bildirib. (Tass)