Avropa İttifaqı ilin sonuna qədər Ukraynaya daha 4,5 milyard avro ödəyəcəyini gözləyir.Bunu Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Paolo Gentiloni Ukraynaya dəstək məqsədilə Mərakeşdə keçirilən nazirlər toplantısında çıxışı zamanı bildirib.
“Avropa İttifaqı bu il ən böyük donor oldu, maliyyə yardımımızın həcmi 13,5 milyard avroya çatıb, biz ilin sonuna qədər daha 4,5 milyard avro ödəmək niyyətindəyik”, – deyə Gentiloni bildirib. Qarşıdakı 4 il ərzində 50 milyard maliyyə yardım Ukraynanın ehtiyaclarını əhəmiyyətli dərəcədə ödəyəcək. Biz lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyik”.
Avropa İttifaqı Ukraynaya 2023-cü ildə ölkədəki islahatlar şərti ilə 18 milyard avro məbləğində makromaliyyə yardımı proqramı vəd edib. (Tass)