Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri fevralın 24-də keçiriləcək iclasda bəzi bölgələrdə Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı qərar verəcək. Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi bildirib.
“Aİ Şurası enerji və nəqliyyat sektorlarında Suriyaya qarşı bir sıra sanksiyaların dayandırılmasını təsdiqləyəcək. Bundan əlavə, bank sektoru üçün sanksiyalara istisna ediləcək ki, bu da Suriya ilə yenidənqurma ilə bağlı əməliyyatlar üzrə qarşılıqlı fəaliyyətə imkan verəcək”, – deyə o, sanksiyaların aradan qaldırılmasında məqsədin ölkənin yenidənqurma işlərini həyata keçirməsinə imkan yaratmaq olduğunu vurğulayıb.
Aİ nümayəndəsi vurğulayıb ki, Brüssel Suriyadakı vəziyyətin inkişafını diqqətlə izləyəcək. “Səhv istiqamətdə addımlar atılarsa, sanksiyalar bərpa oluna bilər”, o əlavə edib. (Tass)