7-9 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək ənənəvi İllik İnvestisiya Toplantısı (“AIM Congress”) çərçivəsində təşkil olunacaq Beynəlxalq Startap Yarışmasında dünyanın müxtəlif ölkələrindən olan startaplar layihələrini təqdim edəcəklər.
– Pərakəndə və elektron ticarət (RetailTech&E-commerce)
– Kibertəhlükəsizlik (Cybersecurity)
– Mobillik (Mobility)
– Əlavə edilmiş və virtual reallıq (AR&VR)
– Sağlamlıq texnologiyası (HealthTech)
Əbu-Dabidə ölkəmizi təmsil edəcək startap KOBİA tərəfindən formalaşdırılacaq peşəkar münsiflər heyəti tərəfindən seçiləcək.
Milli turun qalibinin “AIM Congress”də iştirakı üçün aviabilet (bir nəfər üçün gediş-dönüş) və qonaqlama (6-9 aprel tarixləri üçün) xərcləri qarşılanacaq. Həmçinin qalib startap “AIM Congress”in sosial şəbəkə hesablarında təşviq olunacaq, tədbir məkanına ödənişsiz daxil olmaq imkanı əldə edəcək və Beynəlxalq Startap Yarışmasında startapını investorlara təqdim etməsi üçün stendlə təmin olunacaq.
Son müraciət tarixi: 10 mart 2025-ci il, saat 23:59-dur.
Müraciət üçün link:
https://startupcompetition.aimcongress.com/event/form/e1f2c1fb-c6e5-4cc4-be95-dc1f55fd08a2
Əlavə məlumat üçün: (+994 12) 404 04 01 (daxili 182), https://startup.aimcongress.com/startup