Avropa Komissiyası Birləşmiş Ərəb Əmirliklərini çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riski yüksək olan ölkələr siyahısından çıxarmağı planlaşdırır. Bu barədə Euractiv portalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Brüssel hələ 2024-cü ildə BƏƏ-ni xaric etməyi planlaşdırırdı, lakin bu təşəbbüs Avropa Parlamenti tərəfindən rədd edilib. Bununla belə, Avropa Komissiyası əldə edilən irəliləyişi etiraf edir və “BƏƏ ilə davam edən strukturlaşdırılmış dialoq çərçivəsində bu tədbirlərin həyata keçirilməsini yaxından izləyəcəyini” bildirir.
AK 2023-cü ilin martında BƏƏ-ni siyahıya əlavə edib. Hazırda bu siyahıya Vyetnam, Nigeriya və Cənubi Afrika da daxil olmaqla 22 ölkə daxildir. Qeyd olunur ki, BƏƏ ilə yanaşı, Barbados, Cəbəllütariq, Panama, Seneqal, Uqanda, Filippin və Yamayka da siyahıdan çıxarılacaq. (Tass)