Avropa Komissiyası KXDR ilə hərbi əməkdaşlığa görə Rusiyaya qarşı 17-ci sanksiyalar paketinin qəbulu üçün “səyləri artırmağa” söz verir.
“Avropa Komissiyası Rusiya ilə KXDR arasında hərbi əməkdaşlığa dözməyəcək”, – AK mətbuat xidmətinin rəhbəri Paula Pinyo bildirib.
Öz növbəsində Avropa Komissiyasının nümayəndəsi Anita Hipper “Rusiyanı zəiflətməyə” bir daha cəhd etmək üçün “sanksiyalarla cavab verəcəyini” vəd edib. “Biz Rusiyaya qarşı 17-ci sanksiya paketini işə salmaq üçün daha çox iş görəcəyik”, o deyib. (Tass)