Avropa Komissiyası (AK) Romada Papanın dəfn mərasimində Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə ABŞ prezidenti Donald Tramp arasında görüşün mümkünlüyünü təsdiq etmir. Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirdiyi brifinqdə bildirib.
“Prezident fon der Leyen həqiqətən də ən xarizmatik müasir liderlərdən birinin – Roma Papası Fransiskin dəfn mərasimi üçün Romaya gedir. Hazırda heç bir ikitərəfli görüş planlaşdırılmır”, – o, ukraynalı jurnalistlərin fon der Leyenin Romada Tramp və ya Zelenski ilə görüşlərinin təsdiqlənib-təsdiqlənməməsi ilə bağlı sualına cavabında deyib.
Aprelin 24-də Pinho etiraf edib ki, AK fon der Leyen və Tramp arasında ilk qeyri-rəsmi görüşü təşkil etməyə çalışır. Eyni zamanda, o, jurnalistlərin Avropa Komissiyasının fon der Leyen və Tramp arasında görüş üçün rəsmi müraciət edib-etməməsi ilə bağlı suallarını cavablandırmaqdan yayındı.
Tramp inauqurasiyadan sonra Avropa Komissiyasının rəhbəri ilə görüşməyib. (Tass)