AZƏRTAC xəbər verir ki, elmi sessiyada AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Abdulla Şaiq nəslinin, onun ənənələrinin layiqli davamçısı akademik Kamal Talıbzadənin həyat və yaradıcılığından söz açıb.
Tədbirdə filologiya elmləri doktoru Vaqif Yusifli “Kamal Talıbzadə – tənqid tariximizin memarı”, professor Bədirxan Əhmədli “Şəxsiyyətin görünən və görünməyən miqyası”, dosent Elnarə Akimova “Kamal Talıbzadənin yaradıcılığında poeziya məsələləri”, dosent Kamal Sara Osmanlı “Müqayisəli ədəbiyyatşünaslığın inkişafında Kamal Talıbzadənin xidmətləri”, dosent Nərgiz Cabbarlı “Kamal Talıbzadə və müasir ədəbi tənqid” mövzularında məruzələrlə çıxış ediblər.