Sentyabr 10, 2025-12:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Akademik Tofiq Nağıyevin biblioqrafik göstəricisi nəşr olunub

2024:07:25 - 14:14
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli kimyaçı alim, AMEA-nın vitse-prezidenti akademik Tofiq Nağıyevin biblioqrafik göstəricisi nəşr edilib.MEK-dən AZƏRTAC-a bildirilib ki, biblioqrafiya kimya elminin inkişafına fundamental tədqiqatları, o cümlədən “Kimyəvi əlaqə”, “Kimya və biologiyada sinxron reaksiyaların qarşılıqlı əlaqəsi”, “Hidrogen peroksidlə koherent baxış”, “Əlaqə reaksiyaları müasir ideyalar kontekstində” monoqrafiyaları ilə töhfələr verən və “Nağıyev effekti” ilə tanınan akademikin həyat və yaradıcılığına həsr olunub.1964-2021-ci illəri əhatə edən biblioqrafiyaya alimin Azərbaycan və xarici dillərdə çap olunmuş kitabları, elmi məqalələri, tezisləri, rəhbərlik etdiyi dissertasiya işləri, müəlliflik şəhadətnamələri və patentlərinə dair məlumatlar daxil edilib.Görkəmli alimin 80 illiyinə həsr olunan göstəricidə T.Nağıyevin həyat və fəaliyyətinə dair oçerkdə onun elmi-pedaqoji, ictimai fəaliyyətinin əsas istiqamətləri, həmçinin milli ensiklopediya və maarifçilik fəaliyyətindən bəhs olunur.AMEA Rəyasət Heyətinin qərarına əsasən tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru Sevda Mehrəliyeva, redaktoru MEK-in Kitabxana xidməti üzrə direktor müavini Şəhla Tahirqızı, tərtibçisi kimya üzrə fəlsəfə doktoru Zoya Zaytsevadır.Akademik Tofiq Nağıyevin rəhbərliyi ilə 24 fəlsəfə və 1 elmlər doktoru hazırlanıb. O, 500-dən artıq elmi əsərin, 42 patent və müəlliflik şəhadətnaməsinin, 5 monoqrafiyanın müəllifidir.Biblioqrafik göstərici fiziki kimya sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Əvvəlki Yazı

Milli Qəhrəman Natiq Qasımovun anasına ev verilib

Növbəti Yazı

Nazir müavini: “2030-cu ilə qədər Azərbaycanda bərpa olunan enerjinin payını 30 %-dən çox etmək olar”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.