Avqust 25, 2025-2:24
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfransın materialları çap olunub

2024:02:13 - 12:45
in SOSİAL
A A

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransda səslənən məruzələrin mətnlərini əhatə edən toplu çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrdə Şərqşünaslıq İnstitutunun keçirdiyi konfransda dinlənilən 81 məruzənin tam mətni dərc olunub. Bu sırada Misir, Malayziya, Çin, Belarus və Rusiyadan 10 alimin məqaləsi də var.

Nəşr olunanlar sırasında həm akademik Zərifə Əliyevaya həsr olunmuş, həm də cəmiyyətdə, elmdə, təhsildə, mədəniyyətdə qadının yerinə, roluna, qadın problemlərinə dair məqalələr yer alıb.

Topluda ilk olaraq Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Görkəmli alim-oftalmoloq akademik Zərifə xanım Əliyevanın 100 illiyinə ithafən” adlı məqaləsi təqdim edilir.

Dərc olunan məqalələr sırasında çinli alimlər Çen Xunun və Ven Sümeyin “Görkəmli siyasi xadimi və Çinin qadın hərəkatının nümayəndəsi – Den İnçao”, belaruslu Sergey Telepenin “Qadın hərbi liderliyi – Roma təcrübəsi”, rusiyalı alimlərdən İqor Turitsının “Rus inqilabı kontekstində qadın hərəkatı”, Eleonora Barkovanın “Ekofeminizm, həyatın dəyəri, müasir həyatın mənəvi və mədəni təhlükəsizliyi”, Tatarıstandan Rimma Kadımovanın “XIX əsrin sonu-XX əsrin əvvəllərində ənənəvi tatar cəmiyyətində qadınların sosial statusu haqqında”, misirli alimlərdən Abidin Uveys Yunis Məhəmmədin “İslamda qadın hüququ”, Əmirə Əbdulhəkimin “Qadın ədəbiyyatı və ərəb cəmiyyətinin aktual məsələləri”, Malayziyadan Sad Nəclə əl-Akurinin “Müasir Yəmən qadını”, həmçinin Azərbaycan alimlərinin məqalələri dərc edilib.

Əvvəlki Yazı

Gənclər Kitabxanası Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar virtual sərgi hazırlayıb

Növbəti Yazı

Ötən ay Azərbaycan Avropaya qaz ixracını 10 % artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.