“Ehtiyatların bir qədər artırılması, yeni koordinatorların daxil edilməsi və başqa gizli yataqların istifadəyə verilməsi lazımdır”.
“Report”un xəbərinə görə, bunu Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə Beynəlxalq Geologiya-Mədənçilik Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan geologiyası 7 km-ə qədər dəqiqliklə öyrənilib: “Bu gün informasiya texnologiyaları həm dağ-mədən, həm də başqa sənaye istiqamətlərinə daxil edilməlidir. Gizli yataqların tapılması dağ-mədən sənayesinin gələcəkdə qarşısında duran problemlərdən olmalıdır. Bu sahədə elm və dağ-mədən mütəxəssisləri şərikli işləməlidir”.