Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb, fövqəladə hadisə yerində yanğın başlayıb. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza yerində 52 xilasedici və 11 texnika çalışır. Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib ki, bu, Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yolları reysidir.
Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Nazirlik əlavə edib ki, bununla bağlı xüsusi araşdırma aparılacaq.
Respublika Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə 67 nəfər olub. Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirib ki, sərnişinlər arasında 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.