İsrail yəhudi dövlətinin həbsxanalarında saxlanılan 50 fələstinlini azad edib. Bu barədə Al Mayadeen telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, məhbuslar Qəzza zolağının şimalındakı Beyt Lahiya şəhərinin qərbində yerləşən Zikim keçid məntəqəsi vasitəsilə buraxılıb və Kamal Advan xəstəxanasına yerləşdirilib.
Fələstinli Əsirlərin İşləri Komissiyasının son məlumatlarına görə, 7 oktyabr 2023-cü ildən bu yana İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində saxladığı fələstinlilərin sayı 9,1 mini keçib. (Tass)