Bir dəfə Albert Eynşteyn auditoriyada tələbələrə mühazirə deyərkən, lövhədə yazır:
9 x 1 = 9
9 x 2 = 18
9 x 3 = 27
9 x 4 = 36
9 x 5 = 45
9 x 6 = 54
9 x 7 = 63
9 x 8 = 72
9 x 9 = 81
9 x 10 = 91
Birdən tələbələr arasında gülüşmə qopur. Aydındır ki, 9×10-un doğru cavabı 91 deyildi. Bütün tələbələr Eynşteynin səhv etdiyini düşünüb,ona görə ona gülürdülər.
Eynşteyn hamı susana qədər gözlədi və sonra dedi:
– Doqquz məsələni düzgün həll etsəm də,məni təbrik edən olmadı. Amma bir səhv edəndə hamı gülməyə başladı. Bu o deməkdir ki, insan uğurlu olsa belə, cəmiyyət onun kiçik səhvinin fərqinə varacaq.
Ona görə də tənqidin xəyallarınızı məhv etməsinə imkan verməyin.
Heç vaxt səhv etməyən yeganə insan, heç bir şey etməyən insandır.