Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün – fevralın 8-dən mayın 9-dək uzadılmasını nəzərdə tutan qanun layihələrini dəstəkləyib. Bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında məlumat verib.
Sənədləri bir gün əvvəl Vladimir Zelenski Radaya təqdim edib. Əvvəlki uzadılma müddəti fevralın 7-də başa çatacaq.
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 24 fevral 2022-ci ildə tətbiq edilib və o vaxtdan bəri bir neçə dəfə uzadılıb. Orduya qəbulla bağlı problemlər fonunda 2024-cü il mayın 18-də ölkədə səfərbərlik qaydalarını sərtləşdirən qanun qüvvəyə minib. Son aylarda səfərbərlik tədbirləri tez-tez zorakılıqla həyata keçirilir. Səfərbərlik yaşında olan kişilər səngərdə qalmaq istəməyərək müxtəlif yollarla, o cümlədən həyatlarını riskə ataraq ölkəni tərk etməyə çalışırlar. (Tass)