Ukrayna parlamenti Rusiyada prezident seçkilərinin keçirilməsi ilə bağlı digər dövlətlərin hökumət və parlamentlərinə, beynəlxalq təşkilatlara, parlament assambleyalarına müraciət edib. Bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında məlumat verib.
Rada Donbass, Novorossiya və Krımda seçkilərin təşkili və keçirilməsində Rusiya Federasiyasının hərəkətlərini pisləməyə çağırıb. Parlamentarilər həmçinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıblar.
Müraciəti qəbul edən parlament bütün Ukrayna ərazisində elan edilən hava hücumu xəbərdarlığı ilə əlaqədar fəaliyyətini dayandırıb.
Martın 6-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, prezident seçkiləri zamanı Rusiyanın işlərinə qarışmaq cəhdləri uğursuzluğa məhkumdur və nəticələri olacaq.
(Tass)