İyun 19, 2025-2:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Allahşükür Paşazadə Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb

2024:04:03 - 11:57
in SİYASƏT
A A

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə şəxsi dəvəti ilə Azərbaycanda səfərdə olan Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamla görüşüb.

“Report” xəbər verir ki, A. Paşazadə Prezident İlham Əliyevin qlobal təşəbbüsləri və himayəsi ilə Azərbaycanın beynəlxalq müstəvidə dinlər, mədəniyyətlərarası dialoq və əməkdaşlıq prosesinə əməli töhfələrindən bəhs edərək, ölkəmizin bu sahədə evsahibliyi etdiyi ümumdünya əhəmiyyətli mötəbər tədbirlər barədə qonağı məlumatlandırıb. QMİ sədri Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini vurğulayaraq, şəxsinin Müsəlman Ağsaqqalları Şurasının üzvü seçilməsini ölkəmizin və dini mərkəzin bu istiqamətdə səylərinə verilən böyük dəyər olduğunu qeyd edib.

QMİ sədri Azərbaycanda 1-3 may tarixlərində Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ICESCO, BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi, AR Mədəniyyət Naziriliyi və Qafqaz Müsəlmanları İdarəsinin həmtəşkilatçılığı ilə dini liderlərin plenar iclasının, Bakı və Şuşada görüşünün keçiriləcəyi barədə danışıb, Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamın bu foruma dəvətli olduğunu məmnunluqla qeyd edib.

Şeyxülislam Müsəlman Ağsaqqalları Şurasının COP28-də təşkil etdiyi iqlim naminə dini pavilyonu və Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə keçirilən tədbirdə iştirakını xatırladaraq, bu il Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində də bu uğurlu təcrübənin davam və inkişaf etdiriləcəyinə əmin olduğunu qeyd edib.

Əvvəlki Yazı

Ombudsman: Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalıdır

Növbəti Yazı

Anar Bağırov: Gələn ildən bütün orderlər elektron qaydada veriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.