Azərbaycanda Qurban bayramı namazının vaxtını açıqlanıb.
Teleqraf-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, paytaxt Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-da, Təzəpir məscidində isə 09.00-da qılınacaq.
“Bu ilki bayram, AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir. Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd olunacaq”, – o vurğulayıb.