Bu sözləri AZƏRTAC-a açıqlamasında bu gün doğma yurda qayıdan Füzuli sakini Allahverdi Kazımov deyib.
“Allah Prezident İlham Əliyevə uzun ömür versin ki, şəhərlərimizi, kəndlərimizi tez bir zamanda yenidən abadlaşdırsın. Bütün məcburi köçkünlər doğma yurdlarına qayıtsın, hər birimizin dostu, tanışı, eli, obası bir yerdə olsun. Arzu edirəm ki, Ali Baş Komandanımız siyasətdə uğurlu olduğu kimi, böyük bir iradə ilə şəhərlərimizin, kəndlərimizin bərpasını da başa çatdırsın. Bu da bütün ölkələrə, xarici təşkilatlara nümunə olsun”, – deyə Allahverdi Kazımov vurğulayıb.
Doğma yurduna nəvələri ilə qayıtdığını bildirən keçmiş məcburi köçkün bu günü yaşadığına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.