Avqust 12, 2025-17:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Alman ekspertlər hesab edirlər ki, 2025-ci ildə Kiyevə yardım iki dəfə azaldıla bilər

2024:10:10 - 19:18
in DÜNYA
A A

Almaniyanın Kiel şəhərində yerləşən Dünya İqtisadiyyatı İnstitutunun (IfW) ekspertləri hesab edirlər ki, 2025-ci ildə Kiyevə yardımın həcmi təxminən yarıya qədər azala bilər. Bu barədə qurumun saytında dərc olunan hesabatda deyilir.

Orada ekspertlər diqqəti ona yönəldirlər ki, Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlsə, Ukraynaya yeni yardım paketlərinin ayrılmasına mane ola bilər. “Bundan əlavə, Almaniya bu yaxınlarda gələn ilin büdcəsində Ukraynaya ayırdığı vəsaiti iki dəfə azaldacağını açıqladı və digər ölkələr də bundan sonra Avropanın dəstəyini NATO ayırmaları və ya dondurulmuş Rusiya aktivlərindən əldə edilən kreditlər ilə əvəzləyəcək”, – hesabatda deyilir.

IfW-nin fikrincə, indiyədək Kiyevə göstərilən dəstəyi nəzərə alsaq, gələn il bu məbləğ 100 milyard avrodan bir qədər çox olmalıdır ki, bunun da təxminən 59 milyard avrosu hərbi məqsədlər üçün nəzərdə tutulub. “ABŞ-ın yeni paketləri olmasa, hərbi yardımın həcmi təqribən 34 milyard avroya, maliyyə yardımı isə 46 milyard avroya qədər azalacaq, əgər Almaniyadan nümunə götürərək, digər Avropa ölkələri yardımlarını yarıya endirsələr, o zaman hərbi yardım olacaq yalnız 29 milyard avroya, maliyyə yardımı isə demək olar ki, 27 milyard avroya çatacaq, bu halda Ukraynaya yardımın həcmi iki dəfə azalacaq, təxminən 55 milyard avro olacaq”, – institutun ekspertləri vurğulayırlar. Hesabatda qeyd edilir ki, Ukrayna Qərb müttəfiqlərinin dəstəyi baxımından qeyri-müəyyənliklə üzləşir. (Tass)

Əvvəlki Yazı

Hutsul: Moldova müxalifətinin Telegram kanallarının bloklanması növbəti senzura aktı oldu

Növbəti Yazı

Şolz və Bayden telefonla ABŞ prezidentinin Almaniyaya səfərini təxirə salmaq qərarını müzakirə ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.