Almaniya İqtisadiyyat Nazirliyi 2023-cü ildə xaricə təxminən 12,2 milyard avro məbləğində silah tədarükünə icazə verib. Bu barədə idarənin bəyanatında deyilir.
Hesabatda qeyd edilir ki, “məbləğə silahlar üçün 6,4 milyard avro və digər hərbi məhsullar üçün 5,8 milyard avro daxildir.” Ən böyük alıcı Ukrayna olub və onun üçün təxminən 4,4 milyard avro dəyərində silah ixracı təsdiqlənib”.
Hesabat dövründə Norveç 1,2 milyard avroya yaxın, Macarıstan 1 milyard avro, Böyük Britaniya 656 milyon avro, ABŞ 545 milyon avro dəyərində alman silahı alıb.Həmçinin ilk onluqda Polşa, İsrail, Fransa, Kipr və Cənubi Koreya yer alıb. (Tass)